Onlayn ictimai-siyasi qəzet
İranın Fars əyalətinin Nurabad şəhərində “Bəsic” birləşməsinin (İslam İnqilabı Keşikçiləri Korpusuna daxildir) zabitlərinə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə Fars əyalətinin rəhbərinin siyasi məsələlər üzrə müavini İsmayıl Kazal Sofli bildirib.
“İki naməlum şəxs “Bəsic” qüvvələrinin əməkdaşları istiqamətində nizamsız atəş açıb. Nəticədə bir zabit ölüb, 3 nəfər xəsarət alıb”, - rəsmi bildirib.
Onun sözlərinə görə, naməlum şəxslər hadisəni motosikletdə hərəkət edərək törədiblər. Şübhəli şəxslər hadisə yerindən qaçıblar.
Onların axtarışına başlanılıb.//Report
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ