Onlayn ictimai-siyasi qəzet
Türkiyə regional təhlükələri cilovlamaq məqsədilə raket potensialını artırır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail və İran arasında qarşıdurma sürətlə kritik məqama yaxınlaşır. Vəziyyətin gərginləşməsinə cavab olaraq Ankara raket istehsalını artırır. Bunun çəkindirici amil olacağı, eyni zamanda ölkənin müdafiə qabiliyyətini artıracağı nəzərdə tutulur.
“İnşallah, yaxın gələcəkdə elə bir müdafiə qüdrətinə nail olacağıq ki, heç kim bizə qarşı qabalıq etməyə belə cəsarət etməyəcək”, – deyə “The Times of Israel” Ərdoğandan sitat gətirir.
Ekspertlər hələlik Türkiyənin hərbi münaqişədə birbaşa iştirak ehtimalını yüksək görmürlər. Bununla belə, narahatlıqlar artır: regionda silahlanmanın yeni dalğasının başlana biləcəyinə dair işarələr getdikcə çoxalır.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ