İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Əraqçini qəbul etdi - HAZIRIQ!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

Musavat.com xəbər verir ki, iclasda Türkiyə tərəfini xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç təmsil edib.

Məlumata görə, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Türkiyə lideri İranın xarici işlər nazirinə nüvə mübahisəsi üzrə texniki danışıqlara kömək etməyə hazır olduğunu bildirib.

O, həmçinin ABŞ və İran liderlərinin görüşünə yardım etməyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, iyunun 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Toplantıda İsrail-İran müharibəsi müzakirə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR