Onlayn ictimai-siyasi qəzet
İranın tələbi ilə bu axşam İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində İƏT-ə üzv ölkələrin xüsusi iclası keçiriləcək.
Bu barədə “Report”un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən məlumat verilib.
Məlumata görə, mediaya qapalı keçiriləcək toplantıda İƏT-ə üzv olan bütün ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ