İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev xarici diplomatlarla Qarabağa səfəri ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfərinin yekununa dair paylaşım edib.

Musavat.com xəbər verir ki, Hikmət Hacıyev öz "X" hesabında bununla bağlı təəssüratlarını bölüşüb.

"Diplomatik korpusla Laçın-Şuşa-Ağdama səfərimiz Ağdam-Bakı qatarına minməzdən əvvəl Ağdam dəmiryolu vağzalının qarşısında ailə fotosunun çəkilməsi ilə başa çatdı", - deyə o, paylaşımda bildirib.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna iki günlük səfər ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR