İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhərin ortasında SUİ-QƏSD: Rəis müavini BELƏ ÖLDÜRÜLDÜ - VİDEO

Rusiya paytaxtı Moskvada yaşayış binası yaxınlığında güclü partlayış baş verib. Partlayışa məruz qalan avtomobil daha sonra yanaraq tamamilə yanıb.

Musavat.com Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi, yəni planlaşdırılmış sui-qəsd ola biləcəyi ehtimal olunur.

Partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin müavini Yaroslav Moskalik həyatını itirib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və ekspert qrupları araşdırma aparır. Təhlükəsizlik tədbirləri gücləndirilib və rəsmi orqanlar əlavə məlumatın veriləcəyini bildiriblər.

Musavat.com görüntüləri təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR