İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəbnəm Tovuzlu: "6 saat gözlədikdən sonra..."

"6 saat Domodedovo Hava Limanında qaldım".

Bu barədə Musavat.com-a müğənni Şəbnəm Tovuzlu Rusiyada hava limanında saxlanmasından danışarkən deyib.

"6 saat hava limanında qaldıq, amma şükür, toyumuza çatdıq. Bizimlə birlikdə musiqiçilər də var idi. Qaydalar varsa, əməl etməliyik. Deyə bilmərik ki, bizi niyə gözlədirsiniz. Əsas odur hər şey yaxşıdır. Biz işimizi gördük. Hər şey yaxşıdır, narahat olan hər kəsə minnətdaram", - deyə müğənni əlavə edib.

Qeyd edək ki, ötən günlərdə Miri Yusifin prodüseri Emin Əfəndi, meyxanaçı Namiq Qaraçuxurlu da Rusiyaya gedərkən hava limanının əməkdaşları tərəfindən saxlanılmışdı.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR