İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyan Paşinyanı itiham etdi: “Qarabağı bilərək qurban verdi”  

 

Ermənistanın eks-prezidenti Serj Sarkisyan hökumətin hazırki siyasətini tənqid edib.

Musavat.com erməni mediasına istinadən məlumat verir ki, eks prezident öz hökumətinin kursu ilə baş nazir Nikol Paşinyanın komandasının bu gün atdığı addımlar arasında ortaq heç nə görmür. O, Paşinyanın Qarabağ məsələsinin xarici qüvvələr tərəfindən İrəvana təzyiq rıçaqı kimi istifadə edilməsi ilə bağlı rezonans doğuran bəyanatına da münasibət bildirib. Sarkisyanın nöqteyi-nəzərindən bu bəyanat hazırkı baş nazirin Qarabağı bilərəkdən qurban verməsi faktının etirafı idi.

Keçmiş dövlət başçısı Paşinyanın Ermənistan Respublikasının resurslarının böyük hissəsinin “Dağlıq Qarabağ”a yönəldilməsi ilə bağlı dediklərini də təkzib edib. Sarkisyanın sözlərinə görə, Ermənistan Respublikasının büdcəsinin cüzi bir hissəsi Qarabağa ötürülüb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin noyabrında parlamentdə Qarabağ məsələsinin Ermənistan dövlətçiliyinin möhkəmlənməsinə qarşı alət kimi istifadə edildiyini bildirmişdi. Onun sözlərinə görə, müəyyən qüvvələr (baş nazir kimdən danışdığını dəqiqləşdirmədi) Qarabağ məsələsindən erməni dövlətçiliyinin inkişafına mane olmaq üçün müstəqil Ermənistan Respublikasının mövcudluğunun faktiki və ya de-yure dayandırılması anına qədər bir rıçaq kimi istifadə ediblər.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR