Onlayn ictimai-siyasi qəzet
Şimali Koreyaya məxsus ticarət gəmisi Koreya Respublikası ilə dəniz sərhədi olan Sarı dənizdə Şimal Limit Xəttini (NLL) pozub.
Musavat.com xəbər verir ki, məlumatı Yonhap Xəbər Agentliyi yayıb. Bildirilir ki, Koreya Respublikası Silahlı Qüvvələri gəmiyə xəbərdarlıq atəşi açıb.
Hadisə Baengnyeong adasının yaxınlığında baş verib. Cənubi Koreya əvvəlcə hərbi texnika vasitəsilə xəbərdarlıq yayımlayıb. Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, xəbərdarlıq atəşindən sonra Şimali Koreyaya məxsus ticarət gəmisi Cənubi Koreya sularını tərk edib: "Silahlı qüvvələrimiz Şimali Koreyanın hərəkətlərini diqqətlə izləyib və əməliyyat təlimatlarına uyğun olaraq cavab verib. Biz istənilən vəziyyətə cavab verərək və döyüş hazırlığını saxlayaraq sərhədimizi müdafiə edəcəyik".
Qeyd edək ki, KXDR Sarı dənizdəki sərhədi qəbul etmir.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ