İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni faciəli şəkildə öldü -FOTO

Türkiyədə arabesk musiqisinin tanınmış simalarından olan müğənni Güllü Yalovanın Çınarcık qəsəbəsindəki evində faciəvi şəkildə həlak olub.

Musavat.com xəbər verir ki, sənətçi gecə saatlarında qızı və rəfiqəsi ilə birlikdə olduğu vaxt evinin 6-cı mərtəbəsindəki eyvanından yıxılıb.

Hadisə yerinə təcili yardım çağırılsa da, 51 yaşlı müğənninin həyatını xilas etmək mümkün olmayıb.

Güllünün oğlu Tuğberk Yağız səhər saatlarında sosial şəbəkədə paylaşım edərək anasının vəfatını təsdiqləyib.

O, yayılan “intihar” xəbərlərinin həqiqətə uyğun olmadığını vurğulayıb:

“Anam hörmətli sənətçi Güllünü bu gecə faciəvi şəkildə itirdik. Sosial şəbəkələrdə yayılan intihar xəbərləri yalandır”.

Əsl adı Gülhan Ceylan olan sənətçi 1973-cü ildə İstanbulun Beyoğlu rayonunda dünyaya gəlib. O, 15 yaşından restoranlarda mahnı oxumağa başlayıb.

1990-cı illərdə qaraçı melodiyaları ilə şöhrət qazanan Güllü bir müddət ailə həyatına görə səhnədən uzaqlaşıb. İki övladı olan sənətçi 2000-ci ildə boşandıqdan sonra yenidən musiqi fəaliyyətinə davam edib.

Arabesk musiqisinin güclü səsi kimi tanınan Güllünün vəfatı sənətsevərlər və pərəstişkarları üçün böyük itki olub.

Musavat.com 

1758865135_68d625a8edf4f68d625a8edf50175886480868d625a8edf4d68d625a8edf4e.jpg (145 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR