İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 00:30-da, 1999-cu il təvəllüdlü Coşqun Vüqar oğlu Məmmədov idarə etdiyi “Volksvagen Passat” markalı avtomobillə hərəkətdə olarkən qeydə alınıb.

Belə ki, o, həmin vaxt yolu keçən 1997-ci il təvəllüdlü Hasil Ehtibar oğlu Əsgərovu vurub. Piyada yerləşdirildiyi xəstəxanada vəfat edib. Sürücü isə avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.

Polisin keçirdiyi tədbirlərlə C.Məmmədov saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR