İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirildi

Moskvada Ermənistan səfirliyi qarşısında etiraz aksiyası baş tutub.

Musavat.com xəbər verir ki, aksiyada iştirak edənlər Nikol Paşinyanın siyasətinə və arxiyepiskop Mikael Acapaxyanın həbsi ilə bağlı məhkəmə qərarına etiraz ediblər.

Etirazçılar müxtəlif şüarlar səsləndirib və plakatlar qaldırıblar.

Onlar Acapaxyanın azad edilməsini tələb ediblər.

Xatırladaq ki, Ermənistan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı hakimiyyətin ələ keçirilməsinə çağırışda təqsirli bilib. O, hazırda həbsdədir və ona qarşı 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyan katolikos II Qareginin subaylıq andını pozduğunu bildirib və onun istefasını tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR