Onlayn ictimai-siyasi qəzet
“Qayəsində ədalət və humanizm dayanan dünya olimpiya hərəkatı Dağlıq Qarabağın blokadaya alınmasına biganə qala bilməz”.
Erməni mediasının xəbərinə görə, bu həyasız iddia Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rüstəmyanın Beynəlxalq Olimpiya Komitəsinə, Avropa Olimpiya Komitəsinə, Asiya Olimpiya Komitəsinin rəhbərlərinə, eləcə də 100-dən çox ölkənin milli olimpiya komitələrinin rəhbərlərinə bu günlərdə ünvanladığı məktubda yer alıb.
Təbii ki, müraciətdə az qala, bütün dünyanı bezdirmiş digər ənənəvi erməni yalan-palanları və sərsəmləməri də əskini tapıb.
Guya 215 gündür 120 minlik (!) mülki əhalinin xarici aləmlə əlaqəsi kəsilib və aclıqdan ölmək ərəfəsindədir, dərman, uşaq qidaları, yanacaq tapılmır, ümumiyyətlə, 120 min nəfər elementar hüquqlardan məhrumdur, 30 000 uşaq (!) aclıq təhlükəsi ilə üzləşib, hamilə qadınların bətnlərdəki körpələrin həyatı (!) belə təhlükə altındadır və s. və i a. Və sonda “ürək dağlayan” daha bir cümlə: “Bu dəhşətli blokada 21-ci əsrdə yaşanır”.
İnsafsız, mürüvvətsiz bəşəriyyət. İnsanlığa bunca “faydası” dəymiş, “xristianlığı ilk qəbul eləmiş”, “ən mədəni”, “ən qədim və əzabkeş” xalqın iztirablarına 215 gündür necə biganə qala bilir...
Nə deyəsən. Erməni tərbiyəsizliyi gerçəkdən sərhəd-zad bilmir. Həya-abır deyilən mənəvi keyfiyyətlərin dəxli olmadığı özlərindən savayı ikinci məxluqat yoxdur! Bircə şamanlara şikayət məktubu yazmaq qalıb. Onu da yəqin ki, edəcəklər.
Beləcə, hər şeyimizi oğurlayan, nəfəsi də yalandan gedib-gələn bu ekzotik tayfa öz bəd əməllərini digərlərinin, özəlliklə Türkün adına yazmaq mərəzinə gen yaddaşı səviyyəsində sadiqliyini davam etdirir. Hərçənd dünya artıq həmin dünya deyil və bunların saxta ah-naləsindən, “timsah göz yaşları”ndan bezib. O səbəbə bu səfeh və məkrli qəbiləyə baş qoşanların sayı getdikcə azalmaqdadır.
Bunu Brüsseldəki son üçtərəfli görüş də təsdiqlədi. Aİ Şurası Prezidenti Şarl Mişelin Qarabağdakı erməni əhalinin humanitar təminatı üçün Xankəndi-Ağdam yolunu alternativ qismində məqbul saymasını deyirik. Elə buna görə fransız (!) Mişelin ünvanına neçə gündür nələr söyləmir, hansı hədyanları və təhqirləri yazmırlar. Paşinyan yaddan çıxıb.
Özünü mifik “artsax prezidenti”nin oyuncaq “müşaviri” sayan Artak Beqlaryan isə sırtıqcasına Mişeli nə az, nə çox, Bakı ilə “beynəlxalq cinayətkarlığa” ortaq olmaqda ittiham edib. Cinayətkarın, quldur-başkəsənin və terrorçunun yekəsi özləri ola-ola!..
Əcəb işdir. Nə üçünsə bəşəriyyət yalnız hayların təsəvvüründəki əcaib “dəhliz” məntiqini qəbul eləməlidir. Kimə kəf gəlir bunlar görəsən. Axı blokada söhbəti nə vaxt müzakirə predmeti olur? Onda ki, müəyyən bir ərazidəki əhaliyə heç yerdən ərzaq, su, enerji, dərman təminatı mümkün olmasın, buna məqsədli şəkildə imkan verilməsin.
Azərbaycan isə nəinki Laçın yolunu daim açıq saxlayır, üstəgəl, Ağdam vasitəsilə əlavə humanitar təchizat variantı təklif edir. Bunun indi harası blokada oldu? Yoxsa ağlı başında olanları barmağınıza doladığınızı zənn edirsiniz?!
Yox, xəstə ideyalar, “miatsum” naminə, hansısa siyasi hədəf naminə öz soydaşlarınızı qırğına verməkdə, həşərat kimi könüllü gəbərməkdə israrlısınızsa, bu da öz işiniz, təbii haqqınızdır. Biz kimsəni zorla intihardan çəkindirə bilmərik...
Azərbaycanı qəddarlıqla ittiham edən vəhşi toplum, Xocalı və digər soyqırımlarının müəllifi, ərazimizdə etnik təmizləmə və çoxsaylı vandalizm aktları törətmiş və buna görə tükü də tərpənməyən riyakar sürüsü və onların öncə gedənləri, siz əvvəlcə mədəni davranmağı öyrənin. Məsələn, qonaq çağırdığınız insanlara, qonağa sayğılı olmağa cəhd edin.
Bu ilin aprelində İrəvandakı ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandırıb da bundan heyvani şəkildə həzz alan, idmançılarımızın geri dönüşünə səbəb olan və bu vandallığa görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən cəzalanan siz deyildiniz? Hansı üzlə indi beynəlxalq səviyyəli idman təşkilatlarından “blokada, blokada!” deyə, imdad diləyirsiniz?!
Qonaq çağırıb da onu aşağılamaq yalnız hay adlı “ən mədəni” məxluqatın xislətində ola bilər. Burası bəlli. Azərbaycan isə hətta 30 illik işğal dövründə belə Bakıda Ermənistanın bayrağını yandırmadı.
Ya bəlkə Naxçıvanı hələ də blokadada saxlayan Ermənistan deyil? Nəhayət, 10 noyabr sənədinin Zəngəzur dəhlizi ilə bağlı üç ildir yerinə yetirilməmiş qalan 9-cu bəndi. Gərək ki, sənəd 3 nüsxədə tərtib edilib və imzalanıb. Yəni ermənicəsi də var...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ