İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Middltonla bağlı sensasion iddia: “Ölüm xəbərini o vaxt açıqlayacaqlar”

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir.

Qeyd edək ki, uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middltonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Bir müddət əvvəl həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu. Uels şahzadəsi yaranan söz-söhbətlərdən sonra onkoloji xəstəlik səbəbindən əməliyyat olunduğunu açıqlayıb.

“Uels şahzadəsi Keyt Middlton kimyaterapiya kursundan sonra fəsadlarla üzləşib”- bu barədə Britaniyanın "The Sun" qəzeti kral dairəsindəki mənbələrə istinadən yazıb. Bildirilir ki, kral sarayının piar menecerləri taxt varisinin arvadının yoxluğunu gizlətmək üçün əllərindən gələni edirlər: gah hansısa layihədə pərdənin arxasında iştirak etdiyi və ya kiminsə onu mağazada gördüyü haqda iddialar yayırlar. Lakin ingilis ictimaiyyəti artıq aldanmaq istəmir. Hətta parlamentin aşağı palatasında Uels şahzadəsinin səhhəti və harada olduğunu öyrənmək üçün edilən ehtiyatlı cəhdlər belə dərhal Uels kral sarayının reaksiya ilə qarşılanır.

Hətta belə iddialar var ki, guya Middltonun vəfatı xəbərini Fransada Yay Olimpiadasının başladığı zaman yayılacaq, çünki bütün yüksək vəzifəli məmurlar o vaxt Parisdə olacaqlar. 

Screenshot_1.png (523 KB)

Uels şahzadəsinin keçdiyi kimyaterapiya kursunun təhlükəli yan təsirlərə səbəb olduğu haqda ötən ay həkimi Sturt Fişer açıqlama vermişdi. Onun sözlərinə görə, xərçəng və kimyaterapiya şahzadənin bədəninə, o cümlədən sümük iliyinə, bağırsağın selikli qişasına, saçına və dərisinə zərər verib. Bildirilib ki, kimyaterapiya Middltonu tükədib, lakin o bunu gizlətməyə çalışır.

Middlton sonuncu dəfə Milad günü uşaqları ilə birgə görünüb. Çoxları əmindir ki, Keytin səhhətinin pisləşdiyi və kimyaterapiyanın ciddi nəticə vermədiyi barədə məlumatın 15 iyun ərəfəsi tirajlanması da təsadüfi deyil. Çünki bütün ailənin Kral Çarlzın rəsmi doğum günü şərəfinə məşhur eyvanda görünməsi lazımdır.

Qeyd edək ki, Keyt Middlton xərçəngdən əziyyət çəkən kral ailəsinin yeganə üzvü deyil. Bu yaxınlarda əməliyyat olunan 75 yaşlı Kral III Çarlzda da xərçəng aşkar edilib. Lakin Karl diaqnozuna baxmayaraq, ictimaiyyət qarşısına çıxmaqdan çəkinmir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR