İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev: 11 min şəhid ailəsi üzvü və müharibə əlili ilə bağlı məşğulluq tədbirləri görülüb

Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün Prezidentin təqaüdünün məbləği 2021-ci ildə 60 faizədək, bu ilin əvvəlindən isə əlilliyə görə sosial müavinətlər də 60 faizədək artırılıb.

Bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Nazir bildirib ki, postmüharibə dövründə 11 min şəhid ailəsi üzvü və müharibə əlili ilə bağlı məşğulluq tədbirləri görülüb.

“Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilmiş və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət isə işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur. Burada da məşğulluq marafonu çərçivəsində, xüsusilə sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilmişdir” deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR