İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah toyu olacaq xanım qəzaya düşdü

Mingəçevirdə iki avtomobil toqquşub, maşınlardan biri lil axını kanalına düşüb.

“Xəzər Xəbər”in məlumatına görə, hadisə Günəşli yaşayış massivi birinci paralel küçəsində baş verib.

“Kia” markalı avtomobillə toqquşan “Mersedes” markalı taksi xidməti göstərən maşın toqquşmanın təsirindən idarəetməni itirərək lil axını kanalına düşüb.

İlkin məlumata görə, yaralı taksi sürücüsü xəstəxanaya aparılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub.

Məlumata görə, xanımın sabah toyu olacaqdı.

Faktla bağlı araşdırma başlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR