Onlayn ictimai-siyasi qəzet
NATO-nun baş katibi Mark Rutte alyansın iyun sammitinin qısa, sakit və Ukrayna ilə bağlı ictimai parçalanma olmadan keçirilməsini istəyir.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” Avropa rəsmiləri və diplomatlarına istinadən yazır.
Bildirilir ki, tədbirdə Ukraynanın gələcəyi ilə bağlı müttəfiqləri ilə fikir ayrılığı olan ABŞ prezidenti Donald Tramp və prezident Volodimir Zelenskinin iştirakı narahatlıq doğurur.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Ukrayna liderinin sammitin açılışı münasibətilə əsas şam yeməyinə dəvət edilib-edilməyəcəyi hələlik məlum deyil. Növbəti gün liderlər yeni müdafiə xərcləri hədəflərini təsdiqləmək üçün cəmi bir neçə saat görüşəcəklər. Zelenski paralel müdafiə sənayesi forumunda iştirak edə, lakin Ukrayna-NATO Şurasının iclası bu il baş tutmaya bilər.
Liderlərin görüşü ABŞ-ın Avropa təhlükəsizliyinin əsas təminatçısı rolundan geri çəkilməsi fonunda baş tutacaq - Ağ Ev nümayəndələri artıq avropalı tərəfdaşları Amerika qoşunlarının rotasiyasında qaçılmaz əhəmiyyətli dəyişikliklər barədə məlumatlandırıblar. Eyni zamanda Tramp Ukraynaya dəstəyi azaldır, atəşkəs təşəbbüslərindən imtina edir və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyini nümayiş etdirir: “Bütün bunları nəzərə alsaq, Ukraynanın sammitdəki rolu qeyri-müəyyəndir, ən azı cənab Trampın sammitdə iştirakı gözlənilən prezident Volodimir Zelenskiyə qarşı laqeyd münasibətinə görə”.
Musavat.com
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ