İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusların yarısı artıq gedib, digər yarısı isə yoldadır” - Baqratyan

Pensiyaçılar bu gün 2018-ci illə müqayisədə 22% pis yaşayır və buna paralel olaraq Paşinyan respublikanı viran qoyur.

Musavat.com bildirir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. Onun sözlərinə görə, yoxsulluğun səviyyəsi 15%, ifrat yoxsulluq, demək olar ki, iki dəfə artıb.

“Rusiyadan böyük həcmdə ixrac və idxal qeydə alınıb ki, bu da iqtisadi artıma töhfə verir, lakin büdcəni artırmır. Bundan əlavə, Ermənistana 120 min rus gəlib, 11 min nəfər isə artıq gedib, özləri ilə ümumilikdə 8 milyard pul gətiriblər. Onların yarısı artıq gedib, digər yarısı isə yoldadır. Dram həddindən artıq dəyərsizləşib və əhalinin təxminən 32%-i xaricdən gələn pulla dolanır, əhalinin bu hissəsi də yoxsullaşıb” - eks baş nazir bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR