İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Türkiyə bazarında REKORD qırdı

2022-ci ildə ruslar Türkiyədə ev alışını 3 dəfə artıraraq özlərini ölkənin daşınmaz əmlak bazarında ən böyük xarici alıcıya çevirib və satışları rekord səviyyəyə çatdırıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Məlumata görə, ruslar 2022-ci ildə Türkiyədə 16 312 ev alaraq ötən il ərzində ikinci və üçüncü yerləri tutan iranlıları və iraqlıları geridə qoyublar. Məlumatlar illik müqayisədə 203% artıma işarə edir və Qərbin Rusiyaya qarşı Ukraynaya təcavüzü ilə bağlı sanksiyaları səbəbindən rusların “axınını” əks etdirir.

Statistika Təşkilatının məlumatına əsasən, rusların alışları xarici alıcılar tərəfindən həyata keçirilən bütün satışların demək olar ki, dörddə birini təşkil edib. Bu da illik müqayisədə 15,2% artaraq 67 490 ədədlik rekord deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Türkiyədə mənzil satışı 12 181 ədəd olub. Ötən il iranlılar 8223, iraqlılar isə 6241 ev alıb. Türkiyədə 2022-ci ildə xaricilərə ev satışı ümumi satışların 4,5%-ni təşkil edib və ümumilikdə 1,49 milyon evə çatıb. İstanbul əcnəbilər üçün daşınmaz əmlak satışında lider olub, burada 24 953 ev satılıb. Onu 21 860 evlə məşhur kurort bölgəsi olan Antalya və 4316 evlə digər cənub əyaləti Mersin izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR