İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar 2022-ci ildə qonşu ölkələrə rekord məbləğdə pul göndəriblər

2022-ci ildə ruslar qonşu ölkələrə rekord həcmdə pul köçürüblər.

Musavat.com xəbər verir ki, bu barədə RBK agentliyi məlumat yayıb. Sayt Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ermənistan və Qırğızıstana köçürmələrin statistikasını öyrənib.

Məlum olub ki, ötən il ərzində ruslar Qazaxıstana 775 milyon dollardan çox pul göndəriblər. Bu, 2014-cü ildən bəri rekord göstəricidir.. Bu göstərici 2021-ci ildə respublikaya göndərilən transfertlərin ümumi həcmindən təxminən 7 dəfə çoxdur.

Rusiya vətəndaşları Gürcüstana iki milyard dollar göndərib ki, bu da 2012-ci ildən bəri rekord göstərici sayılır. Bundan əvvəlki ildə Rusiyadan Gürcüstana 411 milyon dollar göndərilmişdi.

Özbəkistana pul köçürmələrinin həcmi 14,5 milyard dollar təşkil edib. Bu rəqəm ötən illə müqayisədə iki dəfə yarımdan çoxdur.

Ermənistan və Qırğızıstan hələ 2022-ci il üçün statistika dərc etməyiblər. Məlumdur ki, noyabrda Ermənistana köçürmələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə artaraq 3 milyard dolları ötüb. Ruslar Qırğızıstana iki milyard yarım dollardan çox pul göndəriblər. Bu, 2005-ci ildən bəri rekord göstəricidir. Eyni zamanda, ötən illə müqayisədə bu rəqəm cəmi 6% çoxdur.

RBC-yə danışanlar qeyd edirlər ki, pul köçürmələrinin artmasının əsas səbəblərindən biri Rusiya ilə Ukrayna arasında müharibənin başlaması və sonrakı səfərbərlik fonunda rusların başqa ölkələrə köçməsi olub.

FTX-nin son məlumatlarına görə, ötən ilin iyul-sentyabr aylarında təxminən 10 milyon Rusiya vətəndaşı xaricə gedib və bu, 2021-ci illə müqayisədə bir milyon nəfər çoxdur. Ruslar ilk növbədə vizasız gedə biləcəkləri ölkələrə üz tutublar. Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistana səfərlərin sayı son beş ilin rekordun təzələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR