Onlayn ictimai-siyasi qəzet
Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukraynaya məxsus 56 ədəd PUA vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Belqorodda 11, Voronejdə 28, Rostov vilayətində isə 17 ədəd PUA zərərsizləşdirilib. Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. “Rosaviasiya”nın nümayəndəsi Artyom Koreyanko deyib. Onun sözlərinə görə, hazırda hava limanında təyyarələrin uçuşu və qəbulu həyata keçirilmir. Bildirilib ki, Tomsk, Surqut və Kemerovodan Kazan hava limanına uçan reyslər Nijnekamskdakı alternativ Beqişevo aerodromuna yönləndirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib. Zelenski bu barədə “X” hesabında yazıb.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüat məlum olur. Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm. Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.
Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir. Əgər Rusiya yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik” - Zelenski bildirib.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət araşdırma qrupunu Bakıya göndərib.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi ekspert Qədir Aslan cavablandırır.
https://www.youtube.com/@musavattv
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ