Onlayn ictimai-siyasi qəzet
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 185 PUA vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kurskda 62, Belqorodda 31, Nijeqorodda 30, Voronejdə 18, Lipetskdə 6, Qara dəniz üzərində 13, Kaluqada 5, Tulada 4, Rostovda 3, Ryazanda 3, Bryansk, Orlov, Moskva vilayəti və Krımda (hər birində) 2, o cümlədən, Moskva şəhəri və Voloqdaya tərəf uçan 2 PUA zərərsizləşdirilib.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı "Tomahavk" raketlərinin Ukraynaya çatdırılması ilə bağlı qərar qəbul etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ lideri Kiyevin bu qanadlı raketlərdən necə istifadə etmək niyyətində olduğunu anlamaq istədiyini də diqqətə çatdırıb.
Oktyabrın 6-da Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Ukrayna "Tomahavk" raketlərindən istifadə edərsə, Rusiya və ABŞ arasında müharibə başlaya bilər.
Oktyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinin sualını cavablandırarkən “Tomahavk"ların Ukraynaya təhvil verilməsinin Rusiya-ABŞ münasibətlərində yaranmış müsbət tendensiyaların məhvinə gətirib çıxaracağını açıqlayıb.
“Axios” Ukrayna Prezidenti Vladimir Zelenskinin sentyabrın 23-də Nyu-Yorkda Amerika lideri ilə görüşdə Vaşinqtondan Kiyevi “Tomahavk” raketləri ilə təmin etməyi xahiş etdiyi barədə məlumat yaymışdı. Trampın həmin vaxt Ukraynaya “Tomahavk” qanadlı raketləri verməkdən imtina etdiyi qeyd olunmuşdu.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ