İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryandan Paşinyana ittihamlar

Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdən tərəflər nə qazandı? Birincisi, ABŞ gələcəkdə formalaşacaq dəhliz üzərində konkret nəzarəti əldə etdi; ikincisi, Ermənistan-İran sərhədinə effektiv nəzarət etmək imkanı; üçüncüsü, prezidentin Nobel mükafatına namizədliyini irəli sürmək imkanı.

Musavat.com-un məlumatına görə, bunu oktyabrın 7-də keçirdiyi mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

“Azərbaycan Ermənistan ərazisindən keçməklə dəhliz hüququ aldı, Minsk Qrupunun buraxılması, 907 saylı qətnamənin ləğvi. Bəs Ermənistan nə qazandı? Düzünü desəm, mən bu sənədlərdə Ermənistanın nə qazandığı ilə bağlı hər hansı konkretlik tapmağa çalışdım? Heç nə. Yalnız problemlər”. Və nəhayət, Nikol Paşinyan nə aldı? Burada çox konkret bir şey var. O, prezident Trampın imzası olan şəkil və heç bir hüquqi qüvvəsi olmayan kağız parçası alıb və erməni xalqını növbəti dəfə aldatmağa imkan verib”, Köçəryan iddia edib. “İlkin nəticəyə gəlmək olar ki, Nikol Paşinyan Ağ Evdə dayaq kimi olub. Orada stol, stul, tablo, bayraq var idi, Paşinyan da orada idi”, - Köçəryan qeyd edib.

Keçmiş prezident “initializasiya” terminindən danışarkən deyib: “İki tərəf sənədlə bağlı danışıqlar aparan zaman razılığa gələn komandalar onu paraflayır. Bu, texniki hərəkətdir. Başlanğıc sənədlər sonradan müəyyən hallarda, məsələn, dövlət başçılarının rəsmi səfərləri zamanı paraflanır, paraflanmış sənədlər imzalanır”.

“Mən heç anlamıram ki, dövlət başçılarının iştirakı ilə paraflama nə deməkdir? Əgər razılaşma varsa, o zaman bu sənədləri imzalamaq üçün bundan yaxşı imkan yoxdur. Bu, həqiqətən də məzmunla bağlı suallar yaradır”, eks-prezident bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR