İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qareginə qarşı HÜCUMA KEÇİR

“Ermənistan hökuməti tərəfindən II Qareginə qarşı çirkin bir kampaniyanın başlanacağı gözlənilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli müxalif “İravunk” qəzeti məlumat yayıb.

““Əməliyyat”ın uğurlu həyata keçirilməsi üçün hökumət ruhani rütbəsindən məhrum edilmiş Nşan Ovanisyanı işə götürüb. O, Araik Arutyunyanla (baş nazirin apparatının rəhbəri - red.) birlikdə kilsədən “on gümüş sikkə” qarşılığında imtina etməyə razı olan din xadimlərini tapmalıdır. O, bu işdə kifayət qədər uğurlu fəaliyyət göstərir. Artıq Nşan Ovanisyan Ermənistan hökuməti aparatının milli azlıqlar və din məsələləri üzrə şöbəsində müşavir vəzifəsinə təyin olunub və artıq gənc din xadimlərindən bir neçəsini cəlb etməyə nail olub”, - deyə qəzet yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR