Onlayn ictimai-siyasi qəzet
Aparıcı Elgiz Əkbər motosikletlə kuryerlik edən sürücülərdən şikayətlənib.
Musavat.com xəbər verir ki, bu barədə o, "Elgizlə izlə" verilişində danışıb.
Elgiz onların motosikleti təhlükəli idarə etdiyini bildirib:
"Yəqin ki, sürücülərin çoxu bununla qarşılaşıblar. Motosikletlə kuryerlik edən uşaqların çörək pulu qazanmasına sözüm yoxdur. Amma bunu elə qazanın ki, digərlərinin sağlamlığına xətər yetirməyin. O gün maşında dirsəyimi pəncərədən kənara çıxarmışdım, yanımdan elə keçdi ki... Çəkməsəydim, az qala motosikletlə qolumu vuracaqdı. Soruşuram ki, bu necə sürməkdir? Maşının yanından belə sürətlə keçmək olmaz. Qarşına insan çıxa bilər. Mənə cavab verdi ki, "Toxun acdan nə xəbəri, çörək pulu qazanmağa çıxmışam". Soruşdum ki, mən oğurluğa çıxmışam? Hamı evindən bir parça çörək pulu üçün çıxır. Hansısa rayondan gəlib, kuryer işləyir. Sonra onu başa saldım, üzr istədi. Getdiyin yolda bilmirsən, anidən qarşına çıxırlar".
Könül
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ