Onlayn ictimai-siyasi qəzet
“Hər gün atama baş çəkirəm və həkimləri ilə görüşürəm. Nəzarətdədir, müəyyən inkişaf dinamikası var. Tədricən huşu özünə gəlir. Dünən hətta gözünü açdı və bizə reaksiya verdi, gülümsədi”.
Bunu Musavat.com-a Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.
O bildirib ki, hələlik atasının danışmaq imkanı yoxdur:
“Müəyyən cihazlardan istifadə olunur deyə danışa bilmir. Amma reaksiyası normaldır, hiss olunur ki, səhhəti bərpa olunur. Müalicəsi davam edir, biz həkimlərdən çox razıyıq. Heydər Əliyev Fondu da atamın səhhəti ilə bağlı prosesi nəzarətdə saxlayır”.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev böyrək çatışmazlığından əziyyət çəkir. Bir müddət əvvəl səhhətinin pisləşməsi səbəbindən Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Hazırda tarzən xəstəxananın Reanimasiya şöbəsində müalicəsini davam etdirir.
Şahanə Rəhimli
Musavat.com
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ