İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bəzən susmaq məsafə qoymaqdır"

Müğənni Natavan Həbibi sosial mediada paylaşdığı yazı ilə izləyicilərinin diqqətini çəkib.

Musavat.com xəbər verir ki, sənətçi paylaşımında “özünə baxmaq” anlayışının yalnız xarici görünüşlə məhdudlaşmadığını bildirib:

“Özünə baxmaq – bu anlayış sadəcə xarici görünüş mənasında anlaşılmamalıdır. Bəzən susmağı seçmək “Xeyr” deyə bilmək, hər sualı cavablandırmamaq və məsafə qoymaqdır. Ruhu qorumadan, sərhədləri qoymadan bədəni, özünü gözəlləşdirmək mümkün olmur. Həqiqi gözəllik daxildən başlayar…”

Müğənninin bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR