Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gəldikdən sonra ilk dəfə “TikTok” sosial şəbəkəsində video paylaşım edib.
Musavat.com xəbər verir ki, uzun müddət platformada aktiv olmayan Trampın bu addımı, Çin mənşəli sosial şəbəkənin ABŞ şirkəti tərəfindən ələ keçirilməsi ilə bağlı danışıqlarla bağlı olub.
“TikTok”dakı bütün gənclərə deyirəm: “TikTok”u xilas etdim, ona görə də mənə çox borclusunuz. İndi məni Oval Ofisdə görürsünüz. Nə vaxtsa sizlərdən biriniz də bu masada oturub əla iş görəcək”, - ABŞ lideri deyib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens də öz “TikTok” səhifəsində yeni video yayımlayıb:
“Hamıya salam, bu J.D. Vensdir. Sizə bildirmək istəyirəm ki, vitse-prezidentin “TikTok” səhifəsini bərpa edirik. Son bir neçə ayda bir az tənbəl olmuşam, diqqətimi “TikTok”a deyil, vitse-prezident olmağa yönəltmişəm”.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ