İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın qaz ehtiyatlarının həcmi açıqlandı

Rusiyanın qaz ehtiyatlarının həcmi 68 trilyon kubmetr qiymətləndirilir.

Musavat.com xəbər verir ki, bu məlumatı Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlayıb. Onun fikrincə, bu potensialı infrastrukturun inkişafı hesabına reallaşdırmaq lazımdır.

“Energy Policy” jurnalının rəy rubrikasında yazı ilə çıxış edən Novakın sözlərinə görə, 2036-cı ilə qədər boru kəməri qazının ixracını ildə 197 milyard kubmetrə qədər artırmaq mümkündür:

“Energetika sektorunun dekarbonizasiyanın iqtisadi cəhətdən ən sərfəli variantı kimi qaza keçməsi və qaz kimyasının inkişafı ilə əlaqədar olaraq, bu resursa tələbat 2050-ci ilə qədər 5,7 trilyon kubmetrə qədər arta bilər (2023-cü ilə nisbətən +39 faiz). Bu şərtlərdə Rusiya üçün vacib olan xammal bazasının inkişafı yolu ilə 68 trilyon kubmetrə yaxın olan resurs potensialının (İranın ehtiyatlarından iki dəfə, Qətərin ehtiyatlarından təxminən üç dəfə çoxdur) infrastruktur və LNG layihələri şəklində səmərəli reallaşdırılmasıdır”.

Rusiya rəsmisi bildirir ki, infrastrukturun inkişafı nəticəsində 2036-cı ilədək boru kəməri qazının ixracı, o cümlədən MDB ölkələrinə tədarükün həcmi arta bilər.

Rusiyanın sosial-iqtisadi inkişaf proqnozuna əsasən, 2024-cü ildə Rusiya boru kəməri qazının ixracı 111,4 milyard kubmetr təşkil edəcək. Növbəti üç illik proqnozda 2025-ci il üzrə ixrac proqnozu 120 milyard kubmetr, 2026-cı il üçün 126 milyard kubmetr və 2027-ci il üçün 122 milyard kubmetr nəzərdə tutulur.

Novakın sözlərinə görə, LNG istehsalı ən perspektivli sahələrdən biri olaraq qalır:

“Təxmin edilir ki, yaxın illərdə qlobal neft-kimya sənayesində tələbat əhəmiyyətli dərəcədə artacaq - hər il 0,9 faiz, bu da sənaye üçün əlavə iqtisadi stimul yaradır”.

Novak qeyd edir ki, eskpertlərin fikrincə, inkişaf etməkdə olan ölkələrin sürətli avtomotorizasiyası fonunda qlobal neft tələbatı 2036-cı ilə qədər 9-10 faiz artacaq: "Bu tendensiya yaşıl gündəm fonunda son illərdə azalan qlobal istehsala investisiyaların əhəmiyyətli dərəcədə artırılmasını tələb edir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR