Onlayn ictimai-siyasi qəzet
Qəzza şəhərində yerləşən “Mahna Tower” İsrail aviasiyası tərəfindən bombardman edilib.
Musavat.com xəbər verir ki, hadisə ərəfəsində sakinlərə binanı tərk etmək üçün cəmi bir neçə dəqiqə vaxt verilib.
Anbaan görüntülərdə insanların pəncərələrdən əşyalarını ataraq canlarını qurtarmağa çalışdıqları görünür. Ailələr uşaqları ilə birlikdə panika içində binadan çıxmağa cəhd göstərib.
“Al Jazeera English”in yayımladığı kadrlar sosial şəbəkələrdə geniş rezonans doğurub. Görüntülərdə bombardıman anı qeyd olunub; qara tüstü buludları Qəzza səmasını bürüyür, bina isə tamamilə dağıdılır.
Xatırladaq ki, Qəzzada son həftələr İsrailin intensiv hava hücumları nəticəsində yüzlərlə dinc sakin evsiz qalıb, mülki infrastruktura ciddi zərər dəyib. Çoxsaylı ölən və yaralanan var.
Anbaan görüntüləri izləyin:
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ