Onlayn ictimai-siyasi qəzet
Xalq artisti, məşhur müğənni və iş adamı Emin Ağalarov (Emin) sosial şəbəkə izləyicilərini yenə də səmimi və təsirli paylaşımı ilə duyğulandırıb.
Musavat.com xəbər verir ki, sənətçi bu dəfə övladlarına – əkiz oğlanları Əli və Mikayıl, həmçinin qızı Əminəyə həsr olunmuş video yayımlayıb. Kadrlarda əvvəlcə onların uşaqlıq illərinə aid görüntülər, daha sonra isə böyüyüb gənc yaşlarına çatdıqları anlar əks olunub.
Videoya qısa, amma dərin mənalı bir şərh yazan Emin belə bildirib:
“Əvvəl kiçik əllər, indi güclü əllər...”
İzləyicilər tərəfindən böyük maraqla qarşılanan paylaşım tezliklə minlərlə bəyənmə və yüzlərlə şərh toplayıb. Sosial şəbəkə istifadəçiləri Eminin ata kimi sevgisini açıq şəkildə ifadə etməsini alqışlayaraq, onun övladları ilə qurduğu isti münasibəti nümunəvi saydıqlarını vurğulayıblar.
Qeyd edək ki, Emin Ağalarov sənət fəaliyyətindən əlavə, övladlarına bağlılığı ilə də daim diqqət mərkəzində olur. O, vaxtaşırı şəxsi həyatına dair səmimi anları ictimaiyyətlə bölüşür və ən böyük dəyərinin ailəsi olduğunu bildirir.
Könül
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ