İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasında gərginlik: deputat spikeri istefaya çağırdı

Ermənistan parlamentinin deputatı Ayk Sarkisyan “Vətəndaş sazişi” (VM) partiyasının idarə heyətinə parlamentin spikeri Alen Simonyanın partiyadan çıxarılması barədə yazılı müraciət göndərib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, bir neçə gün əvvəl Kotayk vilayətində keçirilən və 100-dən çox şəxsin iştirak etdiyi partiya toplantısında məlumat verib.

Mənbənin sözlərinə görə, “əvvəlcə hamı şoka düşsə də, səbəbi izah etdikdən sonra Sarkisyanın çıxışına alqışlarla reaksiya verilib. Ayk Sarkisyan mərc şirkətləri üçün vergilərin artırılmasına dair qanun layihəsi hazırlayanda, Alen Simonyan qəzəblənib, çünki onun həmin şirkətlərdən birində maliyyə maraqları var. O, açıq şəkildə Sarkisyana qarşı çıxmağa başlayıb, münaqişə isə Paşinyana qədər çatıb. Simonyan Sarkisyana etik normaları pozduğu üçün töhmət verilməsini və layihənin səsverməsinin dayandırılmasını tələb etsə də, Paşinyan qanun layihəsinə ‘lehinə’ səs verilməsini tapşırıb.”

Məlumata görə, Ayk Sarkisyan həmçinin öz sözlərini faktlarla təsdiqləyən videomaterialları partiyanın idarə heyətinin bütün üzvlərinə göndərib.

Məsələ ilə bağlı yerli jurnalistlər deputat Ayk Sarkisyanla əlaqə saxlayıblar. O, məlumatı nə təsdiqləyib, nə də təkzib edib, yalnız bu xəbəri ötürən mənbənin açıqlanmasını istəyib. Ətraflı məlumat verildikdən sonra isə Sarkisyan hazırda işlə məşğul olduğunu, qarşıda partiyanın idarə heyəti üzrə seçkilərin olduğunu və bu mövzunu şərh etmək istəmədiyini bildirib. O, seçkilərdən sonra bütün suallara cavab verəcəyinə söz verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR