Onlayn ictimai-siyasi qəzet
Aktrisa Zülfiyyə Qurbanovanın yeni layihəsi bəlli olub.
Musavat.com xəbər verir ki, tanınmış aktrisa “Qırmızı zona” serialında rol alacaq.
O, ekran işində Səidə obrazına həyat verəcək. Hər kəsi xilas etməyi bacaran, amma özünü qurtara bilməyən bir qadının hekayəsini canlandıracaq.
Qeyd edək ki, “Qırmızı zona” çox yaxında ATV-də yayımlanmağa başlayacaq. 12 bölümlük çoxseriyalı bədii film tamaşaçıları gərgin hadisələrin mərkəzinə aparacaq. İnsan taleləri, gözlənilməz seçimlər və sirli reallıqların açıldığı bu ekran işi sizi ekrana bağlayacaq.
Ekran işində aktyor Azər Aydəmir də yer alır.
Könül
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ