Onlayn ictimai-siyasi qəzet
Rusiya sülhməramlılarına aid hərbi texnikaların Azərbaycan ərazisini tərk etməsinə dair daha bir video yayılıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan videonun bu ilin 9 iyununda Xaçmaz rayonunun Xudat şəhərində qeydə alındığı bildirilir.
Videodan görünür ki, dəmiryolu vasitəsilə xeyli hərbi texnika ölkəni tərk edir.
Qeyd edək ki, 17 apreldən etibarən rus sülhməramlılar ölkəmizin ərazisini tərk etməyə başlayıb.
Videonu təqdim edirik:
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ