İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın güvəndiyi dağlara qar yağır- Serbiya sanksiyalara qoşulur?

Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ilk dəfə olaraq Belqradın Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyinə işarə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Euractiv portalı məlumat yayıb.

Qeyd edək ki, Serbiyanın Aİ-yə üzvlük danışıqlarında irəliləyiş əldə etməsi üçün Aİ-nin əsas tələblərindən biri məhz bununla bağlıdır.

“Biz Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləyirik və beynəlxalq instansiyalarda da  bu yöndə səs vermişik. Başqa bir sual Rusiyaya qarşı sanksiyalar tətbiq edib-etməyəcəyimizdir. Bu, zaman və müddət məsələsi deyil, bizim siyasi və iqtisadi maraqlarımıza aid olan məsələdir ", - nazir bildirib.

İvitsa Daşiç 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara ölkəsinin qoşulmadığını vurğulayıb.

"Əgər bir şey Serbiyanın maraqlarının zərərinə dəyişərsə, o zaman qərarımız buna uyğun düzəldiləcək, çünki biz hər an hansı qərarın iqtisadiyyatımız, dünyadakı mövqeyimiz və Serbiya vətəndaşları üçün daha yaxşı olduğunu qiymətləndirəcəyik", - deyə nazir əlavə edib.

Qeyd edək ki, dünən Serbiya baş naziri Ana Brnabiç "Rusiyanın Ukraynaya təcavüzü" kimi Serbiyanın əvvəllər istifadə etmədiyi ifadələr işlədib.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç də ölkəsinin Ukrayna ərazisinin bir hissəsinin rus qoşunları tərəfindən işğalını tanımadıqlarını deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR