İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın BU SİLAHI müharibəyə ciddi təsir edəcək - FOTO

Rusiyanın "Sarmat" strateji raket kompleksi Ukraynadakı münaqişəyə ciddi təsir göstərəcək.

Musavat.com xəbər verir ki, bu barədə Çinin “Asia Times” nəşri yazıb.

silahlar.jpeg (20 KB)

Bildirilib ki, bu, mövcud silahlara nəzarət sistemlərinə meydan oxuya bilər.

"Sarmat"ın xüsusiyyətlərini təhlil edənlər onu universal silah adlandırıblar. Onlar qeyd ediblər ki, Rusiya Federasiyası Qərbin sanksiyaları qarşısında belə öz nüvə arsenalını səmərəli şəkildə genişləndirmək qabiliyyətini sübut edib.

Məqalədə o da bildirilir ki, Ukrayna böhranı başlayandan sonra ekspertlər yenidən nüvə silahı təhlükəsindən narahat olublar. Onlar münaqişələr zamanı operativ və etibarlı kommunikasiya kanallarının yaradılmasında israr edirlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR