İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputatın Kiyevdə 11 mənzili varmış

Ukrayna polisi Rusiya Federasiyası Dövlət Dumasının deputatının Kiyevdə 11 mənzili olduğunu aşkar edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin mənzillərdə dərhal axtarış aparılıb.

Deputatın adı çəkilmir. Lakin onun Mariupolda doğulduğu, 1968-ci il təvəllüdlü olduğu və “xüsusi əməliyyatda” iştirak etdiyi bildirilir.

Mətbuat bütün bu nişanələrə uyğun gələn şəxsin Rusiyanın hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasının deputatı Dmitri Sablin olduğunu tapmağa çətinlik çəkməyib.

2013-cü ilin avqustunda şəhərin inkişafına verdiyi fəal töhfəyə görə Sablin "Mariupolun fəxri vətəndaşı" adını alıb. 2014-cü ildə Ukrayna əleyhinə siyasətə görə həmin addan məhrum olub.

Rusiyanın hökumətyönlü mediasının iddiasına görə, Sablin “xüsusi əməliyyatda” yer alıb (Ukraynaya qarşı təcavzükar işğalçı müharibədə-red.) və Rusiya Federasiyası Dövlət Dumasının deputatlarının xidmət etdiyi iddia edilən “gizli Kaskad” bölməsinə rəhbərlik edir. Bu ilin dekabrında Putin Sablini ordenlə təltif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR