İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat Putinə qarşı çıxdı 

Rusiya Dövlət Dumasının Omsk vilayətindən olan deputatı (kommunist) Oleq Smolin orta məktəblərin tarix dərsliklərinə Ukrayna müharibəsi və Krımın işğalı ilə bağlı bölmənin salınmasının əleyhinə çıxış edib.

Musavat.com xəbər verir ki, bu barədə O.Smolin Teleqram kanalında yazıb.

Smolinin sözlərinə görə, indiyə qədər ən son hadisələri tarix dərsliyinə daxil etmək cəhdləri uğursuz nəticələnib.

Deputatın fikrincə, yalnız hadisələr bitdikdən sonra onlara obyektiv qiymət vermək mümkündür.

Qeyd edək ki, hələ 2022-ci ilin fevralında Oleq Smolin Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyat keçirməsinin zəruriliyinə şübhə ilə yanaşıb. Həmin vaxt o, hansısa əməliyyatla Ukraynanın “demilitarizasiyasına” nail oluna biləcəyinə şübhə ilə yanaşdığını bildirmişdi. Bəhs edilən tarixdə Smolin “Ukraynadakı hərbi əməliyyatların qarşıya qoyulmuş məqsədləri həll etməməsi halında, xalqın bu qərara görə böyük bədəl ödəyəcəyini” söyləmişdi.

Müharibə başlamazdan əvvəl Oleq Smolin qondarma “Luqansk Xalq Respublikası” ilə dostluq və sülh müqavilələrinin ratifikasiyasına qarşı çıxıb. Sonradan o, səsvermə zamanı təsadüfən “sensora toxunduğunu” qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR