İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ŞOK NÜVƏ TƏHDİDİ: "Əgər müharibədə məğlub olsaq..."

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev hədə-qorxu dolu açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Medvedyev Rusiyanın Ukraynadakı itkisinin ciddi hadisələrə səbəb olacağını vurğulayıb.

“Konvensional müharibələrdə məğlub olan nüvə gücü nüvə müharibəsinin fitilini alovlandıra bilər. Məğlub olsaq, nüvə silahından istifadə edə bilərik” - Medvedyev xəbərdarlıq edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, nüvə gücləri öz taleyinin asılı olduğu böyük münaqişələrdə heç vaxt məğlub olmur.

Qeyd edək ki, ötən aylarda Medvedyev Avropa İttifaqının dağılmasından tutmuş ABŞ-da vətəndaş müharibəsinin başlanmasına qədər bir çox proqnozlar vermişdi.

İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Moskvanın bu təhdidlərə qarşı tədbir görməli olacağını bildirən Medvedyev Rusiyanın bölgəyə İsgəndər raketləri, hipersəs silahları və nüvə bombaları ilə gəmilər göndərə biləcəyinə işarə etmişdi: “İsveç və Finlandiyanın NATO üzvü olduğu bir şəraitdə Baltikyanı regionun nüvəsiz statusundan danışmaq mümkün deyil”.

O, həmçinin xəbərdarlıq etmişdi ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərlərə hücum edəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR