İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ŞOK AÇIQLAMA - Kremlə hücumun arxasında ABŞ dayanır

Kreml dünən Rusiya prezidenti Vladimir Putinin hədəf alındığı iddia edilən pilotsuz təyyarə hücumlarının arxasında ABŞ-ın dayandığını iddia edib.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Kremlə edilən hücumun arxasında Vaşinqton dayanır.

"Biz bilirik ki, bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız deyilənləri edir" - o bildirib.

Qeyd edək ki, Kremldən dünən verilən açıqlamada Moskvada Kreml Sarayına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi açıqlanıb və hücumun Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdi olduğu bildirilib. Putinin hücum zamanı Kremldə olmadığı qeyd edilib.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə hücumunun arxasında Ukraynanın olması ilə bağlı iddialarını rədd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR