İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yeni qanunla “xarici agentlərə” az qala ölkədə yaşamaq yasaqlanır

Rusiya Dövlət Dumasının deputatları noyabrın 20-də birinci oxunuşda qəbul edilmiş “xarici agentlər” üçün xüsusi hesablar haqqında qanun layihəsinə düzəlişlər edib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin həmin düzəlişlərin nə olduğunu açıqlayıb.

Qanun layihəsinin əvvəlki variantında deyilirdi ki, “xarici agent”lərin yaradıcılıq fəaliyyətindən əldə olunan gəlirlər onların hesablarına köçürüləcək, lakin pulu yalnız “xarici agent” statusu ləğv edildikdən sonra əldə etmək mümkün olacaq.

İndi yeni düzəlişlə bu öhdəlik“xarici agentin” bütün gəlirlərinə şamil olunacaq. Bunun nəticəsində:

daşınmaz əmlakın və avtomobillərin satışından və ya icarəsindən; depozitlər və ya dividendlər üzrə faizlər şəklində əldə etdiyi pulu ala bilməyəcək.

Dövlət Duması qanun layihəsinə ikinci oxunuşda bu iln dekabrın 17-də baxmağı planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR