Onlayn ictimai-siyasi qəzet
Avqustun 1-dən etibarən Rusiyada "WhatsApp" messenceri və VPN xidmətləri bloklanacaq.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin jurnalisti Anastasiya Kaşevarova şəxsi "Telegram" kanalında paylaşım edib:
"WhatsApp" fırıldaqçılar, işəgötürənlər və Ukrayna Silahlı Qüvvələri üçün ideal vasitədir. Hər şey oxunur və dinlənilir. Jurnalistlərin və hərbçilərin neçə marşrutu düşmən tərəfindən "WhatsApp" vasitəsilə müəyyənləşdirilib, nəticədə neçə nəfər həlak olub".
O bildirib ki, "WhatsApp" vasitəsilə rus vətəndaşlarından pul oğurlamaq üçün müxtəlif fırıldaqçılıq sxemləri qurulur.
Qeyd edək ki, bu iddia hələlik rəsmi şəkildə təsdiqlənməyib. Lakin daha əvvəl Rusiya Dövlət Duması "WhatsApp"ın Rusiya qanunvericiliyinə uyğun gəlmədiyini əsas gətirərək, bu platformanın ölkəni tərk etməli olduğuna dair bəyanat verib.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ