İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada saxlanılan AZƏRBAYCANLILARIN yeni SİYAHISI - həbslər, saxta ittihamlar... – CANLI

 Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiyalar daha sistemli və geniş coğrafiyada həyata keçirilir.

“AzPolitika” mediada və sosial şəbəkələrdə yayılan məlumatlara istinadla bildirir ki, saxta ittihamların “çeişidli” və həbslər artır.

Belə ki, Leninqrad vilayətində tanınmış azərbaycanlı iş adamları Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov FSB tərəfindən polisə rüşvət vermək bəhanəsi ilə həbs olunub. Həmçinin, Nijniy Novqorod şəhərinin aeroportunun polis rəisi Namiq Musayev də həbs edilib.

Bundan əvvəl Tver şəhərində 9 nəfər azərbaycanlı iş adamı "mütəşəkkil cinayətkar dəstə yaratmaq" və digər ağır ittihamlarla saxlanılıb. Yerli mətbuat onların 12-20 il azadlıqdan məhrum edilmə cəzası ala biləcəyini yazır.

Sosial mediada Moskva bazarlarında OMON-un azərbaycanlıları kütləvi şəkildə həbs edib avtobuslara doldurmasının görüntüləri yayılıb. Rusiyanın müxtəlif şəhər və vilayətlərində azərbaycanlıların həbsi, zorakılığa məruz qalması və deportasiya olunması hallarının davam etdiyi bildirilir. Eyni zamanda Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracına süni məhdudiyyətlər tətbiq olunur.

Məlumatlara görə, azərbaycanlılara qarşı təqib etnik əsasa dayanır və Rusiyanın Daxili İşlər Nazirliyi, onun xüsusi təyinatlı bölmələri - SOBR və OMON, həmçinin Rusiya İstintaq Komitəsi, prokurorluq və məhkəmə orqanları bu əməliyyatda yaxından iştirak edir. Bu kampaniyanın ölkə üzrə koordinasiyasını Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həyata keçirir və Prezident Vladimir Putinin şəxsi rəhbərliyi altında olduğu güman edilir.

Rusiya Ukraynanın Xarkov vilayətinə zərbələr endirib, ölən və yaralananlar var. Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov Telegram kanalında məlumat verib.

O bildirib ki, Xarkov vilayətinin bombalanması nəticəsində bir nəfər ölüb, daha 7 nəfər yaralanıb, onların arasında 13 yaşlı uşaq da var. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR