İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müharibə səbəbilə 5 minə yaxın cinayət işi açılıb

Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibənin ilk günündən bu yana yerli vətəndaşlara qarşı “Rusiya ordusu haqqında yalan məlumatların yayılması” maddəsi ilə yüzdən çox cinayət və 4,5 minə yaxın inzibati iş açılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev söyləyib.

“Mediazona” portalının məlumatına görə, “Rusiya silahlı qüvvələrinin nüfuzdan salınması” ilə bağlı 2022-ci ilin martında inzibati məcəlləyə müvafiq maddənin əlavə edilməsindən dərhal sonra repressiyalar görünməmiş dərəcədə artıb. Yay aylarına qədər bununla bağlı işlər 100-dən az olub. Lakin səfərbərlik elan olunduğu gündən bu yana vətəndaşlara qarşı təqib halları geniş vüsət alıb.

Rusiya məhkəmələri deyəsən Ukraynada Kremlin “xüsusi əməliyyat” adlandırdığı müharibə ilə bağlı qeyri-rəsmi şəkildə yayılan xəbərləri cinayət hesab edir. Ordunun nüfuzdan salınması maddəsinə əsasən, 50 min rubla qədər cərimə nəzərdə tutulur. Dəfələrlə nüfuzdan salmaq maddəsinə görə də 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

“Aqora” hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikovun sözlərinə görə, 2022-ci ilin sentyabrına qədər Rusiya ordusu haqqında məlumat yayan hər 3 nəfərdən biri artıq ölkəni tərk edib. Həmin şəxslər axtarışa verilib və əmlaklarına həbs qoyulub, daha 28 nəfər isə həbsdədir.

Rusiyada Müdafiə Nazirliyinin versiyasından fərqli istənilən informasiya feyk deyə qələmə verilir və Cinayət Məcəlləsinə görə bu məlumatları yayanları 15 ilə qədər həbs cəzası gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR