İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantların sayı artıb

Rusiyaya miqrasiya axınının intensivliyi pandemiyadan əvvəlki səviyyəyə qayıdıb, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə miqrantların əmək fəaliyyəti sferasında ciddi dəyişiklik olmayıb.

AzVision.az xəbər verir ki, bu barədə TASS-a qurumun müvafiq sorğusuna cavab olaraq Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Belə ki, 2022-ci ilin iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox əcnəbi vətəndaş miqrasiya üçün qeydiyyata alınıb. Əgər 2021-ci ilin yanvar-fevral aylarında bu rəqəm 657 min nəfər olubsa, bu ilin iki ayında 1,6 milyon nəfər olub. Nazirlik 2019-cu ilin yanvar-fevral aylarında 1,8 milyona yaxın əcnəbi vətəndaşın miqrasiya ilə bağlı qeydiyyata alındığını vurğulayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR