İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada həkimlər belə cəzalandırılır

Rusiyanın Saratov məhkəməsi həkim Səlimət Aslanovanı müharibə haqqında danışdığına görə cərimələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmənin gəldiyi rəyə görə, 2022-ci ilin sentyabrında Aslanova həmkarları arasında Rusiya ordusunu nüfuzdan salan “Mən Ukraynada müharibənin əleyhinəyəm” ifadəsini səsləndirib.

Səlimət Aslanova özünü təqsirli bilməyib, ona aid edilən sözləri demədiyini bildirib. Aslanova milli düşmənçilik zəminində ona ədavət bəsləyən həmkarı tərəfindən şərləndiyini söyləyib.

Bütün şahidlər Səlimət Aslanovanın həmkarıyla müharibə ilə bağlı mübahisə etdiyini təsdiqləyib, bəziləri onun səfərbərliyə qarşı da çıxış etdiyini qeyd edib. Maraqlıdır ki, dindirmə protokolunda Aslanovanın Rusiya ordusuna böhtan atdığını bildirən şahid sonradan belə izahat vermədiyini, protokolu polis əməkdaşının doldurduğunu, özünün isə ona oxumadan imza atdığını bildirib. Lakin Rusiya məhkəməsi bir şahidin ifadəsi ilə Aslanovanı rus ordusunu gözdən salmaqda təqsirli bilib və yalnız azyaşlı uşağı olmasını nəzərə alaraq onu 30 min rubl məbləğində cərimələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR