İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dövlət məmurları arasında müəmmalı intiharlar - Otel pəncərəsindən özlərini atırlar...  



Rusiyanın Kazan şəhərində federal hakim Artyom Bartenevin cəsədi tapılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun pəncərədən yıxıldığı deyilir.

İlkin məlumatlara görə, A.Bartenev 12-ci mərtəbədəki mənzilinin pəncərələrinin altına düşüb. İstintaq Komitəsi bunun intihar olub-olmamasını araşdırır.

Bartenev məhkəmədə inzibati və mülki işlərə baxır. Bu səhər onun sədrlik edəcəyi proses olmalı imiş.

Onu da qeyd edək ki, Rusiyada müharibə başlayandan bəri bir sıra məmurlar, iş adamları və korporasiyaların top-menecerlərin arasında ölüm hadisələri artıb. 2022-ci ilin sonunda rusiyalı deputat və “Forbes” siyahısına daxil olan Pavel Antov da Hindistanda otelin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Bir neçə gün əvvəl həmin oteldə deputatın dostu dünyasını dəyişib.

Ötən ilin noyabr ayında milyarder və “Forex Group”un təsisçisi Vyaçeslav Taran vəfat edib.

2023-cü ilin fevralında Qərb Hərbi Dairəsinin baş maliyyəçisi Sankt-Peterburqda pəncərədən yıxılıb.

Müharibə başlayandan bəri Rusiyanın iri şirkətlərinin - "Qazprom", "Qazprombank", "Novatek" və "Lukoyl"un ən azı yeddi top meneceri də dünyasını dəyişib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR