İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada böyük ticarət mərkəzi YANIB

Moskvada Moskva dairəvi yolunun 65-ci kilometrliyində yerləşən "Sindika" tikinti ticarət mərkəzi yanır. Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edir.

Bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.

Məlumata görə, yanğın yanacaq-sürtkü materiallarının saxlandığı anbarda baş verib.

Alov tez yayılır və qonşu binaya keçə bilər.

"Sindika" tikinti materialları bazarı Rusiya Federasiyasının paytaxtının ən böyük bazarlarından biridir.

Bu ticarət mərkəzi 2017-ci ildə də yanın. Həmin vaxt yanğının ümumi sahəsi 50 min kvadratmetr olub. (publika)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR