İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada banklar iflasa sürüklənir – Trilyonluq “ümidsiz borclar” həyəcanı

Musavat.com xəbər verir ki, Bloomberg Rusiyada mümkün bank böhranı barədə ciddi xəbərdarlıq edib. Nəşrin yazdığına görə, yüksək faiz dərəcələri səbəbindən həm iri korporasiyalar, həm də sadə vətəndaşlar kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər.

Hazırda rəsmi göstəricilər problemin real miqyasını tam əks etdirməsə də, ölkənin aparıcı bankları artıq trilyonlarla rubl həcmində ümidini itirdikləri borcları öz balanslarında qeydə almağa başlayıblar.

Maliyyə analitikləri xəbərdarlıq edirlər ki, vəziyyət belə davam edərsə, yaxın aylarda Rusiya bank sektorunda kəskin likvidlik böhranı baş verə bilər. Bu isə həm kredit bazarına, həm də rublun dayanıqlığına ağır zərbə vuracaq.

Ekspertlər qeyd edirlər ki, ölkədə artan kredit faizləri biznes üçün ciddi yükə çevrilib. Bu vəziyyət sadəcə iri sənaye holdinqlərini deyil, milyonlarla pərakəndə kredit götürəni də iflas təhlükəsi ilə üz-üzə qoyur.

Beləliklə, Kreml hələlik mövcud riski etiraf etməkdən çəkinir, lakin maliyyə bazarlarında “sakit fırtına” artıq özünü göstərməyə başlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR