İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 3 nəfəri öldürən “Vaqner”çi belə yad olundu

Rusiyada “Cəsarətə görə” medalı ilə təltif edilmiş “Vaqner” ÖHŞ-nin “qəhrəmanı” öz doğma yurdunda hörmətlə yad olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, fevralın 23-də, yəni Rusiyada Ordu günü “Vətən uğrunda vuruşan və həlak olan qəhrəmanlar” arasında “Vaqner”in qatilləri də unudulmayıb.

Onların arasında Usinsk (Komi Respublikası) şəhərindən olan Yevgeni Serafin də yer alıb. “Jeka” ləqəbli bu şəxs Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında öldürülüb. İndi o, qəhrəman sayılır və vətənində, doğma Zaharvan kəndində Ukraynada həlak olan əsgərlərin şərəfinə ucaldılan abidə önündə hörmətlə yad edilir. Lakin Serafinin Ukraynaya getməzdən qabaq “qəhrəmanlıqları” da unudulmur. Məlum olub ki, bu adam üçqat qətlə görə 18 il həbs cəzası çəkdiyi koloniyadan birbaşa cəbhəyə gedib. Faciə 2016-cı ilin aprelində, Serafinin 22 yaşı tamam olanda baş verib. Həmin vaxt o, qazanxana operatoru işləyirmiş. Serafin və yoldaşı Aleksandr Milexin Usinskə işləmək üçün gəlmiş Naryan-Mar şəhərinin üç sakininin yaşadığı mənzilə daxil olublar. Mübahisə baş verib, qonaqlar ev sahiblərini döyüblər. Serafin beysbol sopası ilə, dostu isə şüşə butulka ilə onları döyüb. Mənzilin hər 3 sakini aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Cib telefonu və 4499 rubl (60 dollar) cinayətkarların qənimətinə çevrilib. Əməliyyatçılar tez bir zamanda şübhəlilərin izinə düşüblər. 2017-ci ilin iyulunda Komi Ali Məhkəməsi Serafini 18 il müddətinə azadlıqdan məhrum edib. Serafin yalnız 2035-ci ildə çıxmalı idi. Lakin o, “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin tərəfindən bu dəfə ukraynalıları öldürmək üçün “işə götürülüb” və həyatı Donetsk bölgəsində sona çatıb. Serafin ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR